Bruney Sultanı gəlinini bütün titullarından məhrum edib

Dünya xəbərləri Materials 17 Avqust 2026 12:59 (UTC +04:00)
Bruney Sultanı gəlinini bütün titullarından məhrum edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bruney Sultanı Həsənal Bolkiah gəlinini yolverilməz davranış və monarxa hörmətsizlik səbəbilə bütün titullarından məhrum edib.

Bu barədə “People.com” məlumat yayıb.

33 yaşlı Pəngiran Raabiyatul Adaviyah taxt-tac varisliyi sırasında dördüncü olan şahzadə Əbdül Məlikin həyat yoldaşıdır. O, avqustun 8-də imzalanan fərmanla şahzadə-konsort titulundan məhrum edilib.

Saraydan bildirilib ki, onun davranışı monarxiyanın nüfuzuna xələl gətirib və Sultan Həsənal Bolkiaha hörmətsizlik nümayiş etdirib. Bununla belə, nə rəsmi açıqlamada, nə də yerli KİV-də onun konkret olaraq hansı hərəkəti etdiyi açıqlanıb.

Sultanın əvvəlki hallarda boşandığı həyat yoldaşlarını titullarından məhrum etməsindən fərqli olaraq, bu dəfə söhbət nikahın pozulmasından getmir. Raabiyatul Adaviyah ilə şahzadə Əbdül Məlikin 2015-ci ildə bağlanan nikahı qüvvədə qalır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti