Bakı. Trend:
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli
bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 52 yaşlı
Elman Balagözov saxlanılıb. Ondan yaşadığı ünvanda, eləcə də rayon
ərazisindəki qarğıdalı sahəsində əkdiyi 185 ədəd çətənə kolu və 21
kiloqram narkotik vasitə aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb, E.Balagözov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
