Bakı. Trend:
ABŞ-nin İndiana ştatında baş verən fırtına və daşqınlar nəticəsində ən azı 7 nəfər ölüb .
Bu barədə "The New York Times" qəzeti xəbər verib.
Təbii fəlakət avqustun 11-də baş verib və qurbanların yaşı 4 ilə 86 arasında dəyişir.
Bəzi ərazilərdə küləyin sürəti 44 metr/saniyəni keçib və suyun səviyyəsi son 113 ilin rekorduna bərabər olub.
Məlumata görə, ştatda 125 mindən çox istehlakçı elektriksiz qalıb.
Ətraflı