İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 17 Avqust 2026 05:07 (UTC +04:00)
İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 188 min nəfər əhalisi olan Labuan-Baco şəhərindən 175 kilometr şərqdə yerləşib. Zəlzələ ocağı 36 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Xəbər lenti

Xəbər lenti