Bakı. Trend:
Cümə günü avqustun 14-də İngiltərənin şərqində qatar relsdən çıxıb, hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu barədə Britaniyanın Nəqliyyat Polisi məlumat verib.
Bu, cümə axşamı günortadan sonra baş verən və iki nəfərin ağır yaralandığı qatar qəzasından sonra iki gün ərzində baş verən ikinci belə hadisədir.
"Esseks qraflığındakı Uikford stansiyasında hazırda əməkdaşlarımız hadisə yerindədir. Onlara qatarın arxa vaqonlarının relsdən çıxdığı, lakin üfüqi vəziyyətdə qaldığı barədə məlumat daxil olub", — deyə polis "X" sosial şəbəkəsində yazıb.
Təcili tibbi yardım əməkdaşları və yanğınsöndürənlər hadisə yerinə cəlb olunublar. Lakin Nəqliyyat Nazirliyinin məlumatına görə, xəsarət alan olmayıb. Dəmiryolu operatoru "Greater Anglia" bildirib ki, İngiltərənin şərqində London ilə Esseksi birləşdirən dəmir yolu xəttində hərəkətə maneələr yaranıb.
Xatırladaq ki, cümə axşamı London ilə İngiltərənin cənub-şərqi arasında hərəkət edən və sərnişinlərlə dolu olan qatar Lyuis şəhəri yaxınlığında relsdən çıxıb. Üç vaqon yan üstə çevrilib. Qəza nəticəsində iki sərnişin ağır yaralanıb, onların həyatları üçün təhlükə olmadığı bildirilir. Daha 18 nəfər yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb və qısa müddət sonra evə buraxılıb.
