Husilər Səudiyyə Ərəbistanında “Saudi Aramco” şirkətinin neft emalı zavoduna zərbə endiriblər

Dünya xəbərləri Materials 14 Avqust 2026 05:33 (UTC +04:00)
Husilər Səudiyyə Ərəbistanında “Saudi Aramco” şirkətinin neft emalı zavoduna zərbə endiriblər

Bakı. Trend:

Yəmən husiləri Səudiyyə Ərəbistanının Cizan şəhərində “Saudi Aramco” şirkətinə məxsus neft emalı zavoduna zərbə endirdiklərini bildiriblər.

Bu barədə SABA agentliyi mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, zərbə iki pilotsuz uçuş aparatı ilə endirilib.

Daha əvvəl husilərin Qırmızı dəniz sahilində yerləşən Moha limanına raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdiyi barədə məlumat yayılmışdı.

Xəbər lenti

Xəbər lenti