Polşa Ukraynanı "Patriot" ZRK raketləri ilə təchiz etmək niyyətindədir

Dünya xəbərləri Materials 13 Avqust 2026 13:13 (UTC +04:00)
Polşa Ukraynanı "Patriot" ZRK raketləri ilə təchiz etmək niyyətindədir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Polşa Ukraynaya növbəti “Patriot” raketləri partiyasının verilməsi imkanını nəzərdən keçirir. Qərarın yaxın günlər ərzində qəbul ediləcəyi gözlənilir.

Bunu Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetskaya “RMF FM”ə müsahibəsində bildirib.

“Bu qərar hər zaman polyakların təhlükəsizliyi kontekstində qəbul edilməli və bütün arqumentlər diqqətlə ölçülüb-biçilməlidir”, – Sobkovyak-Çarnetskaya vurğulayıb.

O əlavə edib ki, qərar yaxın günlərdə qəbul edilə bilər və həm NATO, həm də ABŞ ilə danışıqlar davam edir.

Müdafiə nazirinin müavini əlavə edib ki, vəziyyətin qiymətləndirilməsinə Rusiyaya məxsus raketin Polşa ərazisinə daxil olması ilə bağlı son insident də təsir göstərir.

Qərarın nə vaxt qəbul edilə biləcəyi ilə bağlı suala o, qısa şəkildə belə cavab verib: “Düşünürəm ki, bu, yaxın günlərin məsələsidir”.

Xatırladaq ki, iyul ayında Polşa Müdafiə Nazirliyi bir neçə ay əvvəl Ukraynaya “Patriot” sistemləri üçün nəzərdə tutulan PAC-3 raketləri verdiyini rəsmi şəkildə təsdiqləyib. Baş nazir Donald Tusk həmin vaxt söhbətin beş raketdən getdiyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti