ABŞ bu tarixədək İraqdan bütün qoşunlarını çıxaracaq

Dünya xəbərləri Materials 13 Avqust 2026 15:10 (UTC +04:00)
ABŞ bu tarixədək İraqdan bütün qoşunlarını çıxaracaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ İraqın bütün ərazisindən qoşunlarını sentyabrın 30-dək çıxarmaq niyyətindədir.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, bu ölkədə beynəlxalq anti-terror koalisiyasının missiyasının başa çatdırılması üçün rəsmi Bağdad tərəfindən təyin edilmiş “dedlayndır” (son tarix-red) .

Telekanalın mənbələrinin məlumatına görə, Vaşinqton İraq hakimiyyətini ABŞ-nin bu il sentyabrın 30-dək (İraqdakı) hərbi mövcudluğuna son qoyacağı barədə məlumatlandırıb. Həmin mənbələrin sözlərinə görə, ABŞ İraq Kürdüstanı muxtar regionundan Amerika hərbi bölmələrinin çıxarılması prosesini sürətləndirib. Bildirilib ki, çıxarılmaqda olan ABŞ hərbçiləri Amerikanın region ölkələrindəki bazalarına dislokasiya olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti