Hollandiya limanında partlayış – ölən və yaralananlar var

Dünya xəbərləri Materials 13 Avqust 2026 16:44 (UTC +04:00)
Hollandiya limanında partlayış – ölən və yaralananlar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Hollandiyanın Rotterdam şəhər limanının ərazisində baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“RTV Rijnmond”un məlumatına görə, partlayış yanacaq çəninin yaxınlığında baş verib.

Həmin vaxt podratçı texniki xidmət briqadası ərazidə bir neçə boru kəməri üzərində iş aparıb.

Hadisə yerinə çox sayda təcili yardım və xilasetmə xidmətinin əməkdaşı göndərilib. Faktla bağlı istintaqa başlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti