Bakı.Trend:
Türkiyənin Muğla şəhərində göyərtəsində 115 nəfərin olduğu motorlu ekskursiya qayığında yanğın baş verib.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Rayonda gündəlik dəniz turu təşkil edən “İmparator Atila” adlı motorlu qayıqda Katrancı körfəzi yaxınlığında hələlik müəyyən edilməyən səbəbdən yanğın başlayıb.
Alovun qısa müddət ərzində genişlənməsindən sonra aralarında uşaqların da olduğu 115 nəfər xilas olmaq üçün xilasedici jiletlər geyinərək dənizə atılıb.
Məlumat daxil olduqdan sonra əraziyə Sahil Mühafizə, Sahil Təhlükəsizliyi Baş İdarəsi və dəniz polisi qrupları göndərilib.
Xidmət əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində qayığın heyət üzvləri ilə birlikdə bütün sərnişinlər təxliyə olunub.
