Bakı. Trend:
Ağdaş rayonunda yerləşən iri və xırdabuynuzlu heyvan satışı bazarı fəaliyyətini bərpa edib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, agentliyin qiymətləndirilməsindən sonra müasir baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun yenidən təşkil olunub.
"Bazarda baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq
şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər,
izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun
ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb.
Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və
boşaldılması üçün xüsusi bölmələr ayrılıb, su və yem təchizatı,
işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə
qurulub", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları fəaliyyətə başlayıb.
