Paşinyanın qurduğu yeni hökumət fəaliyyətə başlayıb

Dünya xəbərləri Materials 13 Avqust 2026 11:24 (UTC +04:00)
Paşinyanın qurduğu yeni hökumət fəaliyyətə başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra formalaşdırdığı yeni hökumət rəsmən fəaliyyətə başlayıb.

Nazirlər Kabinetinin hazırkı tərkibdə ilk iclası hökumətin rəsmi “YouTube” kanalında canlı yayımlanıb.

İlk iclasın gündəliyinə 60 məsələ daxil edilib.

İyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyası səslərin 49,7 faizini, iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,2 faizini, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 9,9 faizini toplayıb. Seçkilərin nəticələrinə əsasən, “Vətəndaş müqaviləsi” partiyası Ermənistanın yeni hökumətini təkbaşına formalaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti