FTB direktor müavini vəzifəsindən istefa verib

Dünya xəbərləri Xəbər 28 Sentyabr 2026 21:09 (UTC +04:00)
FTB direktor müavini vəzifəsindən istefa verib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktor müavini Endryu Beyli vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bu barədə Endryu Beyli "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Prezident Donald Trampa, ABŞ-nin Baş prokuroru Todd Blanşa və FTB direktoru Kaş Patela FTB-də xidmət etmək imkanına görə təşəkkür etmək istəyirəm. Prezident Trampın rəhbərliyi ilə biz “Amerikanı yenidən təhlükəsiz etmək” missiyamız çərçivəsində tarixi nəticələr əldə etmişik.

Əldə etdiklərimizlə böyük qürur hissi keçirərək, ailəmin yanına, Missuriyə qayıtmaq üçün vəzifəmdən ayrıldığımı elan edirəm.

Əminəm ki, direktor Patel FTB-də islahatları davam etdirəcək, zorakı cinayətkarlıqla mübarizə aparacaq, ölkənin təhlükəsizliyini qoruyacaq, təşkilati məsuliyyətin yüksək səviyyədə təmin olunmasına nail olacaq və mükəmməlliyi ilə seçilən bu quruma ictimai etimadı bərpa edəcək”, - deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti