Avropa Komissiyası Aİ ölkələrinə qaz və elektrik istehlakını azaltmağı təklif edib

Dünya xəbərləri Xəbər 28 Sentyabr 2026 00:15 (UTC +04:00)
Avropa Komissiyası Aİ ölkələrinə qaz və elektrik istehlakını azaltmağı təklif edib

Bakı. Trend:

Avropa Komissiyası (AK) enerji daşıyıcılarının qiymətləri ilə bağlı böhran səbəbindən Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını “nə qədər tələb olunarsa, bir o qədər uzun müddət” məcburi şəkildə azaltmağa çağırıb.

Avropanın “Politico” nəşrinin məlumatına görə, bu barədə Avropa İttifaqının energetika üzrə komissarı Dan Yorgensenin Aİ ölkələrinin energetika nazirlərinə ünvanladığı məktubda bildirilib.

“Qlobal təklifin məhdud olduğu və qiymətlərin yüksək dəyişkənliyi şəraitində tələbatın məcburi şəkildə azaldılması qiymətlərin cilovlanması üçün səmərəli vasitəyə çevrilə bilər”, - deyə avrokomissar yazıb. O, AK-nın bu tədbirlərin konkret müddətini müəyyən edə bilməyəcəyini etiraf edib və tələbatın məhdudlaşdırılmasının “nə qədər tələb olunarsa, bir o qədər uzun müddət” davam etməli olduğunu bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti