Bakı. Trend:
Bu gün yerli vaxtla saat 05:00 radələrində İranın mərkəzində yerləşən Mərkəzi vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb.
Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin yardım və xilasetmə əməliyyatı üzrə sədr müavini Məhəmməd Hüseyn Kobadi deyib.
Kobadi bildirib ki, Həmədan-Save magistralında baş verən hadisə nəticəsində 24 nəfər xəsarət alıb.
Kobadi deyib ki, hadisə yerinə çoxlu sayda təcili yardım və xilasetmə qüvvələri cəlb olunub. Yaralılar 2 vilayətin iki xəstəxanasına yerləşdirilib.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılmaqdadır.
İranın Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, bundan başqa ötən gecə saatlarında İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində yük maşınının avtobusla toqquşması nəticəsində 9 nəfər həlak olub, 5 nəfər yaralanıb.
