Qaradağda palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib (VİDEO)

Gündəm Xəbər 26 Sentyabr 2026 12:52 (UTC +04:00)
Qaradağda palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib (VİDEO)
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

Qaradağ və Qobustan rayonlarının sərhədində yerləşən palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Püskürmə yerli vaxtla saat 07:32-də, bir faza ilə xarakterizə olunub və 10 dəqiqə davam edib.

Məlumata görə, püskürmə zamanı alov sütunu müşahidə olunub. Baş vermiş proses 8 seysmik stansiyada qeydə alınıb. Püskürmə ocağının dərinliyi 4 km təşkil edib. Püskürmə zamanı ayrılan enerjinin miqdarı 6,50 × 10^6 coul olaraq qiymətləndirilib.

xxx
08:27

Qaradağ rayonunu ərazisində palçıq vulkanında püskürmə qeydə alınıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Məlumata əsasən, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti