İngiltərə klubları “Mançester Siti”ni məhkəməyə vermək istəyirlər

İdman Xəbər 26 Sentyabr 2026 08:54 (UTC +04:00)
İngiltərə klubları “Mançester Siti”ni məhkəməyə vermək istəyirlər

Bakı. Trend:

İngiltərə futbol çempionatında çıxış edən klublar maliyyə qaydalarını pozduğu üçün “Mançester Siti”ni məhkəməyə verməyi planlaşdırır.

Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Qeyd olunub ki, artıq bir neçə klub hansı məbləğdə təzminat tələb edə biləcəklərini müəyyənləşdirmək üçün hüquqşünas cəlb edib.

Bundan əvvəl jurnalist Devid Ornşteyn "X"-dəki səhifəsində “Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən ittihamların demək olar ki, hamısı üzrə təqsirli bilindiyini bildirib. Klub bu qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.

Ornşteynin sözlərinə görə, komandaya qarşı tətbiq olunacaq sanksiyalar hələ təsdiqlənməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti