İsrailin Livandakı hücumları nəticəsində ölənlərin sayı 4386 nəfərə çatıb

Dünya xəbərləri Xəbər 26 Sentyabr 2026 03:12 (UTC +04:00)
İsrailin Livandakı hücumları nəticəsində ölənlərin sayı 4386 nəfərə çatıb

Bakı. Trend:

İsrailin Livanın cənubundakı Ən-Nəbatiyyə əyalətinə endirdiyi hava zərbələri nəticəsində sutka ərzində beş nəfər həlak olub, eskalasiyanın əvvəlindən ölənlərin ümumi sayı 4 386-ya çatıb.

Bu barədə respublikanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

“Martın 2-də hərbi eskalasiyanın başlanmasından etibarən öldürülən vətəndaşların ümumi sayı 4 386-ya, yaralananların sayı isə 12 413-ə çatıb”, - deyə qurumun məlumatında bildirilib.

Qeyd edilib ki, sentyabrın 25-də günün ikinci yarısında İsrail təyyarələri Kfar-Tibnit və Ən-Nəbatiyyə əl-Fauka şəhərlərinə hava zərbələri endirib, artilleriya isə şiə “Hizbullah” təşkilatının dayaq məntəqəsi olan Zautar əş-Şərqiyyə yaşayış məntəqəsinin ətrafını fosfor mərmiləri ilə atəşə tutub. Hücumların nəticələri barədə yerli hakimiyyət orqanlarından məlumat daxil olmayıb.

Sərhədyanı rayonlarda isə Həddata, Haris, Əl-Kantara və Əl-Mansuri yaşayış məntəqələri bombalanıb. Bu ərazilərdə mülki əhali arasında zərərçəkənlərin olduğu bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti