Tramp İrana zərbələrin bərpa olunması ehtimalı barədə yaxın ətrafını məlumatlandırıb - KİV

Dünya xəbərləri Xəbər 26 Sentyabr 2026 05:32 (UTC +04:00)
Tramp İrana zərbələrin bərpa olunması ehtimalı barədə yaxın ətrafını məlumatlandırıb - KİV

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İranın yeddi günlük atəşkəs təklifini rədd edib və yaxın ətrafına ABŞ Konqresinə noyabr ayında keçiriləcək seçkilərdən sonra İrana qarşı zərbələrin bərpa oluna biləcəyini bildirib.

Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Qəzetin Vaşinqton administrasiyasındakı mənbəsinin məlumatına görə, “Tramp İranın yeddi günlük atəşkəs təklifini rədd edib və köməkçilərinə noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanların bərpa olunacağını gözlədiyini bildirib”.

Nəşrin qeyd etdiyi kimi, Tramp İranın onun tələblərini yerinə yetirəcəyinə şübhə ilə yanaşır və köməkçilərinə bombardmanların bərpa olunmasını ehtimal etdiyini deyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti