Bakı. Trend:
“PAŞA Sığorta” KASKO sığortalı müştəriləri üçün təqdim etdiyi özəl üstünlükləri genişləndirir. Belə ki, “PAŞA Sığorta”nın KASKO sığortalı fərdi müştəriləri Toyota Bakı Mərkəzində servis xidmətlərinə 10% endirim əldə edirlər.
Bu xüsusi təklif KASKO müştərilərinə avtomobillərinin texniki qulluq və servis xərclərini daha rahat planlaşdırmağa, eyni zamanda avtomobillərinə göstərilən gündəlik qayğını daha sərfəli şəkildə həyata keçirməyə imkan verir.
Endirimdən yararlanmaq üçün müştərinin Toyota Bakı Mərkəzinə müraciət edərək “PAŞA Sığorta” mobil tətbiqində aktiv sığorta şəhadətnaməsini təqdim etməsi kifayətdir.
Beləliklə, “PAŞA Sığorta” KASKO müştərilərinə yalnız sığorta təminatı deyil, avtomobil istifadəsini daha rahat və sərfəli edən əlavə imkanlar da təqdim edir.