Azərbaycan və Sent-Kits və Nevis arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb (FOTO)

Siyasət Xəbər 25 Sentyabr 2026 01:45 (UTC +04:00)
Azərbaycan və Sent-Kits və Nevis arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb (FOTO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası (#UNGA81) çərçivəsində Sent-Kits və Nevisin xarici işlər, beynəlxalq ticarət, sənaye və ticarət, istehlak məsələləri, iqtisadi inkişaf və investisiya naziri Denzil Levellyn Duqlas ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.

Tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin təşviq edilməsinin, həmçinin BMT və Qoşulmama Hərəkatı da daxil olmaqla çoxtərəfli platformalarda institusional əlaqələndirmənin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Müzakirələrin yekununda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Sent-Kits və Nevis Federasiyası Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında saziş" imzalayıblar.

Bundan əlavə, tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə Sent-Kits və Nevis Federasiyası Hökuməti arasında ümumvətəndaş pasportu sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” imzalayıblar.

Bu sazişlər iki ölkə arasında rəsmi səfərlərin asanlaşdırılmasına, diplomatik əlaqələrin genişləndirilməsinə və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə əlavə imkan yaradacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti