Ermənistan - Rusiya münasibətləri transformasiya mərhələsindədir - Paşinyan

Dünya xəbərləri Xəbər 25 Sentyabr 2026 04:21 (UTC +04:00)
Ermənistan - Rusiya münasibətləri transformasiya mərhələsindədir - Paşinyan

Bakı. Trend:

“İrəvanla Moskva arasında münasibətlər transformasiya mərhələsindən keçir”.

Bunu BMT Baş Assambleyasının tribunasından çıxışı zamanı Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, dəyişikliklər ilk növbədə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması ilə bağlıdır.

“Rusiya ilə münasibətlərimiz transformasiya mərhələsindədir və bu, təbii prosesdir. Əvvəlki dövr ərzində Ermənistan və Rusiya arasındakı münasibətlərə təsir edən ən mühüm amil Ermənistan-Azərbaycan münaqişəsi olub. İndi Azərbaycanla sülh əldə etdiyimiz üçün Ermənistanla Rusiya arasındakı münasibətlər də təbii olaraq dəyişəcək. Bizim istəyimiz bu münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etməsidir”, - Paşinyan deyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti