Bakı.Trend:
Ermənistan Avropa İttifaqı ilə yaxınlaşma fonunda balanslaşdırılmış xarici siyasət kursunu davam etdirəcək.
Ermənistan KİV-nin məlumatına görə, bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan bildirib.
Rusiyadan olan jurnalistin bu kursu davam etdirib-etdirməmək niyyətində olduğu ilə bağlı sualına Paşinyan “Biz elə bildirdiyimiz kimi, balanslaşdırılmış xarici siyasəti davam etdirməyi planlaşdırırıq”, - deyə cavab verib.
Jurnalist ardınca “eyni zamanda iki stulda əyləşmək mümkün olacaqmı” deyə soruşub.
“İki stul niyə?! Biz yalnız bir erməni stulunda əyləşmişik”,-deyə Paşinyan cavablandırıb.
