Britaniyada "Hawk T2" qırıcısı qəzaya uğrayıb

Dünya xəbərləri Xəbər 23 Sentyabr 2026 17:04 (UTC +04:00)
Britaniyada "Hawk T2" qırıcısı qəzaya uğrayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus “Hawk T2” hərbi təyyarəsi Uelsdəki Anqlsi adasında yerləşən “RAF Valley” aviabazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Bu barədə “Mirror” nəşri yazıb.

Hadisənin şahidlərinin sözlərinə görə, təyyarə yerə çırpılmamışdan əvvəl hər iki ekipaj üzvü katapultla təyyarəni tərk edib. Hazırda hadisə yerində təcili tibbi yardım, yanğınsöndürənlər və polis əməkdaşları işləyir, qəza ərazisinə hava təcili tibbi yardım helikopterləri göndərilib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi insidentdən xəbərdar olduğunu təsdiqləyib və qəzaya uğrayan təyyarənin “Hawk”modelindən olduğunu bildirib.

Qeyd edək ki, “RAF Valley ” aviabazası əsasən qırıcı təyyarə pilotlarının təlim-tədris mərkəzi sayılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti