ABŞ, Danimarka və Qrenlandiya Arktikada NATO fəaliyyətinin genişləndirilməsini dəstəklədi

Dünya xəbərləri Xəbər 22 Sentyabr 2026 22:06 (UTC +04:00)
ABŞ, Danimarka və Qrenlandiya Arktikada NATO fəaliyyətinin genişləndirilməsini dəstəklədi

Bakı. Trend:

ABŞ, Danimarka və Qrenlandiya Arktikada Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) fəaliyyətinin, o cümlədən kəşfiyyat fəaliyyətinin genişləndirilməsinə çağırıb.

Bu barədə Ağ Ev tərəfindən açıqlanan Qrenlandiyanın təhlükəsizliyi üzrə yeni sazişin mətnində deyilir.

"Tərəflər Arktikada NATO-nun daha sıx əməkdaşlığını, o cümlədən planlaşdırma, mövcudluq, təlimlər və birgə kəşfiyyat məlumatlarının toplanmasını dəstəkləyirlər", - deyə qeyd olunub. Üçtərəfli razılaşmanı BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ Prezidenti Donald Tramp, həmçinin Danimarkanın və Qrenlandiyanın Baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsen imzalayıblar.

Sazişdə həmçinin bildirilir ki, ABŞ-ın "Qrenlandiyada yaşayış olmayan hərbi obyektlərin yaradılması" ilə bağlı müraciətlərinə sürətləndirilmiş prosedur əsasında baxılacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti