ADY və Hamburq Limanı arasında əməkdaşlığın inkişafına dair protokol imzalanıb (FOTO)

İqtisadiyyat Xəbər 21 Sentyabr 2026 17:46 (UTC +04:00)
ADY və Hamburq Limanı arasında əməkdaşlığın inkişafına dair protokol imzalanıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Hamburq Limanı arasında əməkdaşlığın inkişafına dair protokol imzalanıb.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, Sənəd ADY sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyətinin Almaniyaya səfəri çərçivəsində Hamburq Limanının rəhbərliyi ilə keçirilən görüşün yekununda imzalanıb.

Protokol tərəflər arasında təcrübə mübadiləsinin genişləndirilməsini, birgə təşəbbüslərin həyata keçirilməsini və logistika sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsini nəzərdə tutur.

Hamburq Limanının yükdaşımalar üzrə törəmə şirkəti “Metrans”ın nümayəndələrinin də iştirak etdiyi görüşdə Hamburq və Bakı limanları arasında əlaqələrin inkişafı, liman-logistika zəncirinin təkmilləşdirilməsi və Orta Dəhliz üzrə tranzit imkanlarının genişləndirilməsi müzakirə olunub.

Tərəflər multimodal və konteyner daşımalarının artırılması, logistika proseslərinin rəqəmsallaşdırılması, eləcə də dəmir yolu ilə dəniz nəqliyyatının inteqrasiyası üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Görüşdə Hamburq Limanının liman əməliyyatlarının idarə olunması, logistika mərkəzlərinin fəaliyyəti və rəqəmsal həllərin tətbiqi sahəsində təcrübəsinin paylaşılmasının əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, Bakı Limanında müasir texnologiyalardan istifadənin genişləndirilməsi və dəmir yolu-liman əməliyyatlarının koordinasiyasının gücləndirilməsi Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti