Bakı. Trend:
Senytabrın 19-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2 şəxsin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2008-ci il təvəllüdlü olan Əlizadə Əlipaşa Natiq oğlunun və 2008-ci il təvəllüdlü Əmrəliyev Elmin Elman oğlunun meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
