İranın Azərbaycanla sərhədində yük maşınlarının qəbulu daha yaxşı vəziyyətdədir – Gömrük rəsmisi

Dünya xəbərləri Xəbər 22 Sentyabr 2026 12:42 (UTC +04:00)
İranın Azərbaycanla sərhədində yük maşınlarının qəbulu daha yaxşı vəziyyətdədir – Gömrük rəsmisi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Azərbaycanla sərhədində yük maşınlarının qəbulu daha yaxşı vəziyyətdədir.

İranın Gömrük Administrasiyasının məlumatına görə, bunu İranın iqtisadi işlər və maliyyə nazirinin müavini və Gömrük Administrasiyasının baş direktoru Forud Əsgəri deyib.

“Son vaxtlar Azərbaycan, Türkiyə və Ermənistan tərəfləri ilə müzakirələrdən sonra məhsul ixracı üzrə yük maşınlarının qəbulu sayı artıb. Habelə birgə komissiyaların məsləhətləşmələri ilə sərhədlərdən məhsul ixracı məqsədilə yük maşınlarının sayı daha da artacaq”, - deyə o bildirib.

Əsgəri qeyd edib ki, Türkiyə ilə sərhəddə yük maşınlarının gündəlik qəbulu 200-dən 400-ə, Ermənistanla sərhəddə yük maşınlarının sayı gündəlik 200-dən 300-ə yüksəlib.

Gömrük rəsmisi qeyd edib ki, bəzi gömrüklərdə və limanlarda sırada gözləyən yük maşınlarının gözləmə müddəti 10-15 gün aralığındadır. Əlaqədar qurumların dəstəyi və Xarici İşlər Nazirliyinin məsləhətləşmələri ilə bu müddətin 10 gündən daha az olmasına səy göstərilir.

Qeyd edək ki, ABŞ və İran arasında Hörmüz boğazı ilə əlaqədar konfliktin davam etməsi fonunda İran ticarətini qorumaq məqsədilə müxtəlif ölkələrlə ticarət əlaqələrini genişləndirməkdədir. İranın müxtəlif sərhəd keçidlərində yük maşınlarının qəbulunu artırmaq istiqamətində atdığı addımlar ölkənin xarici ticarət marşrutlarını şaxələndirmək və logistika imkanlarını gücləndirmək səylərinin bir hissəsi kimi qiymətləndirilə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti