ABŞ-nin bir sıra KİV-ləri Trampın iştirak etdiyi tədbirləri işıqlandırmaqdan imtina edib

Dünya xəbərləri Xəbər 22 Sentyabr 2026 11:26 (UTC +04:00)
ABŞ-nin bir sıra KİV-ləri Trampın iştirak etdiyi tədbirləri işıqlandırmaqdan imtina edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin aparıcı televiziya kanalları, o cümlədən “FOX News” , “ABC News”, “CBS News”, CNN və “NBC News”, Birləşmiş Ştatların Prezidenti Donald Trampla bağlı tədbirlərin işıqlandırılmasının dayandırılması ilə bağlı ortaq qərara gəldiklərini elan ediblər.

“FOX News” telekanalının yaydığı bəyanatda qeyd olunub ki, bu qərar Tramp administrasiyasının “CNN”, “MS NOW” və “Politico”ya Ağ Evə giriş qadağası qoymasından sonra qəbul edilib. Administrasiya bu üç medianı “saxta xəbərlər” yaymaqda ittiham edib.

“İctimaiyyət öz hökuməti barədə dəqiq və müstəqil məlumat əldə etməkdə maraqlıdır və bu onun üçün həyati əhəmiyyət daşıyır. Heç bir administrasiya xəbərlərin işıqlandırılma tərzini bəyənmədiyi üçün media qurumun fəaliyyətini məhdudlaşdırmamalıdır”, – deyə prezident “pool”nun üzvlərinin birgə bəyanatında deyilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti