Zakir Həsənov Pakistana başsağlığı verib

Cəmiyyət Press-reliz 21 Sentyabr 2026 12:22 (UTC +04:00)
Zakir Həsənov Pakistana başsağlığı verib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında qeyd olunub:

"Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda terrorçularla baş verən atışma zamanı altı nəfər hərbi qulluqçunun həlak olması barədə xəbər məni dərindən kədərləndirdi. Terror hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr üzrə Xidmətinin (ISPR) məlumatına görə, sentyabrın 20-də ölkənin təhlükəsizlik qüvvələrinin karvanı ilə silahlılar arasında intensiv atışma baş verib. İnsident nəticəsində altı Pakistan hərbçisi həlak olub. Onların arasında iki zabit də var.

Ordunun məlumatına görə, qarşıdurma zamanı səkkiz silahlı öldürülüb.

"Ərazidə aşkar edilən hər bir xarici ünsürün zərərsizləşdirilməsi məqsədilə təmizləmə əməliyyatı həyata keçirilir. Qətiyyətli antiterror kampaniyası ölkədə xaricdən maliyyələşən və dəstəklənən terror təhlükəsini tamamilə məhv etməkdə davam edir. İgid əsgərlərimizin bu fədakarlıqları Vətənimizi nə bahasına olursa-olsun qorumaq əzmimizi və sarsılmaz öhdəliyimizi daha da gücləndirir", - Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr üzrə Xidmətinin bəyanatında qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti