İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb (FOTO)

Mədəniyyət Press-reliz 21 Sentyabr 2026 15:54 (UTC +04:00)
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

İçərişəhərdə sakinlərlə işin təşkilinə yeni imkanlar yaradacaq İcma Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə “İçərişəhər” DTMQİ-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə yaradılan mərkəzin əsas məqsədi sakinlərin sosial-mədəni fəaliyyətə cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili və onların müxtəlif təşəbbüslərinin dəstəklənməsidir.

Qeyd edək ki, bundan əvvəl sakinlərin müraciət və ehtiyaclarının qarşılanmasına xidmət edən “Xidmət Mərkəzi” istifadəyə verilmişdi. Yeni İcma Mərkəzi isə əsasən sakinlərlə işin təşkili, onların maraq və təkliflərinin öyrənilməsi, müxtəlif layihə və tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Mərkəzin açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud sakinlərlə görüşərək yeni məkanın sakinlərin gündəlik həyatına verəcəyi töhfədən, burada keçiriləcək müxtəlif tədbir və layihələrdən danışıb. Sədr İçərişəhərin yalnız tarixi abidələri ilə deyil, burada yaşayan insanları, onların xatirələri və ənənələri ilə də yaşadığını vurğulayaraq, sakinlərin bu qədim məkanın qorunmasında xüsusi rolunu qeyd edib.

İcma Mərkəzi yalnız İçərişəhər sakinlərinin istifadəsi üçün nəzərdə tutulub. Burada İçərişəhər Ağsaqqallar Şurasının üzvləri, “Qoru” Gənclər Təşəbbüs Qrupunun üzvləri, uşaqlar, gənclər və böyüklər üçün yaş və maraq xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif görüşlər, dərnəklər, klublar və mədəni tədbirlər təşkil olunacaq.

Yeni məkan İçərişəhər sakinlərinin gündəlik həyatında fəal iştirak edəcəyi, müxtəlif ideyaların reallaşdırılmasına şərait yaradacaq və qoruğun zəngin ictimai-mədəni mühitini daha da inkişaf etdirəcək bir platforma olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti