Bakı Fond Birjasında 2026-cı ilin I yarısının ən aktiv iştirakçıları açıqlanıb

İqtisadiyyat Xəbər 22 Sentyabr 2026 11:05 (UTC +04:00)
Bakı Fond Birjasında 2026-cı ilin I yarısının ən aktiv iştirakçıları açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Fond Birjasında (BFB) 2026-cı ilin yanvar-iyun aylarında ən aktiv brokerlər, market-meykerlər və anderrayterlər açıqlanıb.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bu barədə Bakı Fond Birjası tərəfindən 2026-cı ilin II rübü üzrə hazırlanan “Q2 2026: Azərbaycan və Qlobal İqtisadiyyata və Kapital Bazarlarına Baxış” bülletenində bildirilib.

Bülletenə əsasən, 2026-cı ilin I yarısında təkrar bazar əməliyyatlarının sayına görə "ABB Invest" ən aktiv broker olub. Şirkət hesabat dövründə 8 560 təkrar bazar əməliyyatı həyata keçirib.

Bu göstərici üzrə ikinci yerdə "Troni" qərarlaşıb. Şirkətin təkrar bazar əməliyyatlarının sayı 5 059 təşkil edib. "PAŞA Kapital" isə 1 227 əməliyyatla üçüncü olub.

2026-cı ilin yanvar-iyun aylarında market-meyker əməliyyatlarının sayına görə isə "Troni" ilk sırada yer alıb. Şirkət bu müddətdə 5 053 market-meyker əməliyyatı həyata keçirib. Unicapital 932 əməliyyatla ikinci, İnvestAz isə 773 əməliyyatla üçüncü olub.

Bakı Fond Birjasının məlumatına görə, emitentlər üçün göstərilən anderraytinq xidmətlərinin sayına görə də aktivlik qeydə alınıb. Bu kateqoriyada" PAŞA Kapital" 4 anderraytinq xidməti ilə ilk sırada qərarlaşıb.

"İnvestAz" və "Unicapital" hər biri 3 anderraytinq xidməti göstərərək növbəti yerləri bölüşüblər. "CPM Invest", "Troni" və "ABB Invest" şirkətlərinin hər biri üzrə isə 2 anderraytinq xidməti qeydə alınıb.

Beləliklə, BFB-nin 2026-cı ilin I yarısı üzrə göstəriciləri təkrar bazar əməliyyatları, market-meyker fəaliyyəti və anderraytinq xidmətləri üzrə müxtəlif iştirakçıların aktivliyini əks etdirib.

Xəbər lenti

Xəbər lenti