Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)

Siyasət Xəbər 21 Sentyabr 2026 16:26 (UTC +04:00)
Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Qazançı kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.

Görüşdə Qazançı kəndindən olan seçicilərlə yanaşı, Teyvaz kəndindən olan seçicilər də iştirak ediblər.

Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti