Tramp Nyu-Yorkda Zelenski ilə görüşəcək

Dünya xəbərləri Xəbər 22 Sentyabr 2026 09:00 (UTC +04:00)
Tramp Nyu-Yorkda Zelenski ilə görüşəcək
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də Nyu-Yorkda Vladimir Zelenski ilə görüşəcək.

Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan ABŞ liderinin iş qrafikindən məlum olur.

Sənədə əsasən, BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri çərçivəsində keçiriləcək ikitərəfli görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Tramp həmçinin Baş Assambleyanın sessiyasında çıxış edəcək (Bakı vaxtı ilə saat 17:55), ABŞ administrasiyasının Danimarka və Qrenlandiya rəhbərliyi ilə əldə etdiyi razılaşmalara dair sənədlərin imzalanmasında iştirak edəcək, Böyük Britaniyanın Baş naziri Endi Börnemlə (19:45) və Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə (20:30) ikitərəfli görüşlər keçirəcək. Axşam Nyu-Yorkdakı otellərdən birində keçiriləcək qəbul zamanı Tramp Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Del­si Rodrigeslə söhbət edəcək (çərşənbə, Bakı vaxtı ilə saat 03:40).

Bundan əlavə, ABŞ Prezidentinin Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanının daxil olduğu Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının liderləri ilə görüşü planlaşdırılır. Tramp həmçinin ABŞ tərəfindən yaradılmış və mütəşəkkil cinayətkarlıqla mübarizəyə yönəlmiş regional “Amerika Qalxanı” alyansının fəaliyyətinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti