Suriyada güclü partlayışlar olub

Dünya xəbərləri Xəbər 21 Sentyabr 2026 10:53 (UTC +04:00)
Suriyada güclü partlayışlar olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Suriyada, Hələb əyalətinin cənubunda, Əl-Ays yaşayış məntəqəsi ərazisində Suriya ordusuna məxsus obyektlərdən birinin ərazisində yerləşən sursat anbarında silsiləvi partlayışlar baş verib.

Bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.

Obyektdə ilk güclü partlayışdan sonra yeni partlayışlar baş verib.

Partlayışların davam etməsi səbəbindən xilasedici və yanğınsöndürən briqadalar hələlik hadisə yerinə yaxınlaşa bilmirlər. Ərazidə təhlükənin davam etməsi ilə əlaqədar sakinlərə partlayışların baş verdiyi zonaya yaxınlaşmamaq çağırışı edilib.

Hadisənin səbəbləri, həmçinin ölən və xəsarət alanlar barədə hələlik məlumat verilmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti