Bakı. Trend:
Parisdə fransız aktrisa, müğənni və fotomodel Bricit Bardonun təxminən 300 şəxsi əşyası hərraca çıxarılıb.
Bu barədə BBC məlumat yayıb.
Əşyalar aktrisanın Sen-Tropedəki evlərindən və Parisdəki mənzilindən gətirilib. Hərraca çıxarılan əşyalar arasında mebel, geyim, zinət əşyaları, Repetto balet ayaqqabıları, Peugeot velosipedi və klassik gitaralar var.
“Hərraca çıxarılan hər bir əşya hansısa görüşün, hadisənin, xoşbəxtlik anının və ya onun həyatının müəyyən mərhələsinin xatirəsini özündə saxlayır. Onlar həm qadının özünün, həm də əfsanənin hekayəsindən bəhs edir”, - deyə aktrisanın katibi Frank Giyyu bildirib.
Hərraca həmçinin iki cüt dəri Repetto balet ayaqqabısı çıxarılıb. BBC-nin məlumatına görə, Bricit Bardo gənclik illərində peşəkar şəkildə baletlə məşğul olub. Onun xahişi ilə Repetto gündəlik istifadə üçün ona xüsusi model hazırlayıb. Bu model sonradan brendin populyarlaşmasına kömək edib.
