Almaniyanın təcili islahatlara ehtiyacı var - AfD lideri

Dünya xəbərləri Xəbər 21 Sentyabr 2026 14:56 (UTC +04:00)
Almaniyanın təcili islahatlara ehtiyacı var - AfD lideri
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniya durğunluq vəziyyətinə düşüb, dövlətin təcili islahatlara ehtiyacı var.

Almaniya KİV-ə görə, bunu qatı-sağçı "Almaniya naminə Alternativ" (AfD) partiyasının həmsədri Alis Vaydel deyib.

“Xristian Demokrat İttifaqının (XDİ) eyni siyasəti davam etdirə biləcəyinə inanmırıq. Yaxın həftələrin nə gətirəcəyinə baxacağıq. Lakin Almaniyanın təcili olaraq həyata keçirilməyən islahatlara ehtiyacı var. Bəli, Almaniya, əslində, son nəticədə durğunluq vəziyyətindədir və biz eyni istiqamətdə davam edə bilmərik”, - Vaydel Meklenburq-Ön Pomeraniya federal torpağında və Almaniyanın paytaxtında keçirilən regional seçkilərin nəticələrinə dair keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, AfD ölkə üzrə keçirilən sorğularda 10 faiz üstünlüyə malikdir və Almaniyanın şərq federal torpaqlarında böyük fərqlə ən populyar partiyadır.

“Və bu ölkəni böhrandan birlikdə çıxarmaq üçün təcili danışıqlar aparmalıyıq”, - deyə siyasətçi vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti