Fransada dizelin qiyməti rekord həddə çatıb

Dünya xəbərləri Xəbər 21 Sentyabr 2026 06:13 (UTC +04:00)
Fransada dizelin qiyməti rekord həddə çatıb

Bakı. Trend:

Fransada dizel yanacağının orta qiyməti rekord həddə çataraq bir litr üçün 2.41 avroya yaxınlaşıb.

Bu barədə "Agence France-Presse" (AFP) agentliyi məlumat yayıb.

Hesablama ölkə miqyasında 8.7 mindən çox yanacaqdoldurma məntəqəsinin qiymətləri əsasında aparılıb.

Yanacağın bahalaşması, əsasən, Hörmüz boğazının blokadaya alınması nəticəsində tədarükdə yaranan ciddi fasilələr fonunda baş verir.

Xəbər lenti

Xəbər lenti