Tramp Ağ Evə planlaşdırılandan bir gün əvvəl qayıdıb

Dünya xəbərləri Xəbər 20 Sentyabr 2026 06:55 (UTC +04:00)
Tramp Ağ Evə planlaşdırılandan bir gün əvvəl qayıdıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Merilend ştatında yerləşən Kemp-Deviddəki prezident iqamətgahını planlaşdırıldığından bir gün əvvəl tərk edib. ABŞ mediası bunu Yaxın Şərqdəki vəziyyətlə əlaqələndirir.

Ağ Evin mətbuat xidməti dövlət başçısının paytaxt Vaşinqtondakı iqamətgahına qayıtdığını bildirib. Lakin daha əvvəl açıqlanmış iş qrafikinə əsasən, Trampın sentyabrın 20-si axşam saatlarında Vaşinqtona qayıtması planlaşdırılırdı. Ağ Ev qrafikin dəyişdirilməsinin səbəbi ilə bağlı açıqlama verməyib.

ABŞ mediası prezidentin planlaşdırılandan əvvəl qayıtmasının səbəbinin Yaxın Şərqdə baş verən hadisələr olduğunu hesab edir.

Belə ki, The Hill qəzeti Trampın Vaşinqtona planlaşdırılmamış qayıdışını Yəməndəki üsyançı husilərin “Ənsar Allah” hərəkatının Ər-Riyada endirdiyi, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələrinin dəf etdiyi zərbə ilə əlaqələndirir.

Fox News telekanalı isə Trampın İrandan Qətər vasitəçiləri vasitəsilə müharibənin dayandırılması şərtlərinin ABŞ-a çatdırılması və İranın Amerika prezidentinin cavabını gözləməsi səbəbindən Vaşinqtona qayıtdığını hesab edir.

Xəbər lenti

Xəbər lenti