Bakı.Trend:
Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynaya səfər edib.
Bu barədə Serbiya Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Vuçiç Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə “Karpat İnteqrasiya Təşəbbüsü” adlı zirvə görüşündə iştirak edir.
Serbiya lideri sosial şəbəkədəki səhifəsində paylaşdığı qeydində təşəbbüsün Karpat regionu ölkələrinin iqtisadiyyat, nəqliyyat və infrastruktur sahələrində koordinasiyasına yönəldiyini bildirib.
“Bütün bunları vətəndaşlarımız naminə, Serbiyada sabitliyin və sülhün bundan sonra da təmin edilməsi naminə edirəm”, - deyə o qeyd edib.
