Bakı.Trend:
Yəməndə son iki həftə ərzində Husi döyüşçülərlə hökümət qüvvələri arasında gedən döyüşlər fonunda azı 112 min nəfər məcburi köçkün düşüb.
“Al-Jazeera” telekanalının məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Bundan başqa 3 minə yaxın insanın dənizlə qonşu Cibutiyə pənah apardığı qeyd olunub.
Cibuti hökuməti 10 minə yaxın qaçqının gəlişinə hazırlaşdığını bildirib.
