Putin seçkilərdə onlayn səs verib

Dünya xəbərləri Xəbər 18 Sentyabr 2026 16:04 (UTC +04:00)
Putin seçkilərdə onlayn səs verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya Prezidenti Vladimir Putin vahid səsvermə günündə iştirak edib və Dövlət Dumasının doqquzuncu çağırışına deputat seçkilərində onlayn səs verib.

Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Yayılan kadrlarda rusiyalı dövlət başçısının iş kabinetində kompüter arxasına keçərək bir neçə kliklə seçim etdiyini görmək olur.

Son bir neçə ildə Putin elektron səsvermə üsulundan istifadə etməyə üstünlük verir. O, 2024-cü ildə prezident seçkilərində və Moskva Şəhər Dumasına seçkilərdə artıq onlayn səs verib. Bundan əvvəl isə payızda keçirilən vahid səsvermə günündə, o cümlədən Moskva merinin seçkilərində distant şəkildə iştirak edib.

Qeyd edək ki, sentyabrın 18-dən 20-dək – Dövlət Dumasının doqquzuncu çağırışına deputat seçkiləri keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti