“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib

Cəmiyyət Xəbər 18 Sentyabr 2026 17:08 (UTC +04:00)
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib

Bakı. Trend:

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) BMT-nin uşaq əməyinin istismarına qarşı mübarizə təşəbbüsü çərçivəsində keçirdiyi xeyriyyə aksiyası yekunlaşıb. Artıq altıncı ildir həyata keçirilən təşəbbüs bu il “Daha sağlam və sığortalı gələcək üçün” şüarı ilə reallaşdırılıb.

“PAŞA Sığorta” da sosial məsuliyyət prinsiplərinə uyğun olaraq aksiyaya dəstək verən sığorta şirkətləri sırasında yer alıb. Təşəbbüs çərçivəsində şəhid və qazi övladlarının, eləcə də uşaq sığınacaqlarında yaşayan məktəblilərin yeni tədris ilinə hazırlığına dəstək göstərilib.

“PAŞA Sığorta” bu kimi təşəbbüslərin gələcəkdə də davam etdirilməsini və cəmiyyət üçün faydalı sosial layihələrə dəstəyini önəmli hesab edir.

Xəbər lenti

Xəbər lenti