Baffet tutduğu vəzifədən istefa verib

Dünya xəbərləri Xəbər 18 Sentyabr 2026 17:18 (UTC +04:00)
Baffet tutduğu vəzifədən istefa verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

96 yaşlı Amerikalı investor Uorren Baffett “Berkshire Hathaway” şirkətinin direktorlar şurasının sədri vəzifəsindən ayrılıb.

Bu barədə “The New York Times” məlumat yayıb.

Baffett şirkətin fəxri sədri olub və direktorlar şurasındakı yerini qoruyub saxlayır. Yeni sədr onun oğlu Hovard Baffett olacaq.

Uorren Baffett 1965-ci ildə “Berkshire Hathaway” şirkətini satın alıb. Həmin vaxt şirkət investorun doğma ştatı Nebraskada fəaliyyət göstərən kiçik tekstil müəssisəsi idi. Baffett onun əsasında investisiya və sığorta biznesi ilə məşğul olan nəhəng konqlomerat yaradıb.

“Forbes” Baffettin sərvətini 144 milyard dollar qiymətləndirir. O, jurnalın dünyanın ən varlı insanlarının reytinqində 10-cu yerdədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti