Ağdərə. Trend:
Ağdərə rayonunda elektrik cərəyanının vurması nəticəsində ölüm hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Həsənriz kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, Goranboy rayonunun Yeniyol kənd sakini, 1998-ci il təvəllüdlü Mütəllimov Raqif Allahyar oğlu Həsənriz kəndində elektrik xəttinin çəkilişi işləri zamanı elektrik cərəyanının təsirinə məruz qalaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
