Türkiyə Məkkə alyansının hərbi ehtiyaclarını təmin edə bilər - Hakan Fidan

Dünya xəbərləri Xəbər 20 Sentyabr 2026 04:24 (UTC +04:00)
Türkiyə Məkkə alyansının hərbi ehtiyaclarını təmin edə bilər - Hakan Fidan
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda Məkkə sazişinin iştirakçısı olan ölkələrin yarana biləcək hərbi ehtiyaclarını Türkiyə təmin edə bilər.

“Hazırda Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə və suverenliyinə qarşı çox ciddi hücumların baş verdiyini görürük. Bizim müttəfiqlik sazişimiz var və sözümüzə sadiqik. Xarici İşlər Nazirliyi olaraq neft infrastrukturuna, xüsusilə Məkkəyə qarşı həyata keçirilən hücumları pisləyirik. Məkkə alyansı çərçivəsində baş verənləri diqqətlə izləyirik. Hərbi ehtiyaclar, xüsusilə müəyyən texniki məsələlərlə bağlı tələbat yarana bilər və bunların təmin edilməsində heç bir çətinliyimiz olmayacaq”, - deyə o, husilərin hücumları fonunda Məkkə sazişinin iştirakçılarının müdaxiləsinin nəzərdə tutulub-tutulmadığı ilə bağlı sualı cavablandırarkən NTV telekanalının efirində bildirib.

Avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif Məkkə sazişini imzalayıblar. Sazişə əsasən, iştirakçı ölkələrdən birinə hücum bütün iştirakçılara qarşı təcavüz kimi qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti