Kuba tamamilə zülmətə qərq olub

Dünya xəbərləri Xəbər 19 Sentyabr 2026 12:52 (UTC +04:00)
Kuba tamamilə zülmətə qərq olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Kuba tamamilə işıqsız qalıb.

Bu barədə “Reuters” yazıb.

2026-cı ilin əvvəlindən respublikada səkkiz tammiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Elektrik enerjisi ilə bağlı problemlər yanacaq çatışmazlığı və ABŞ-nin neft blokadası ilə əlaqələndirilib.

Agentliyin yazdığına görə, kəsintilərin digər səbəbi infrastrukturun köhnəlməsidir.

“Kubada tammiqyaslı elektrik enerjisi kəsintisi baş verib”, - deyə ölkənin Energetika və Mədən Sənayesi Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Həmçinin qeyd olunub ki, pərpa protokollarının işə salınmasına artıq başlanılıb. Daha sonra nazirlik səmt qazı ilə işləyən üç qaz-generator qurğusunun şəbəkəyə qoşulduğunu açıqlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti