“Barselona” La Liqanın 7-ci turunda “Sevilya”ya qalib gəlib, Rafinya het-trik edib

İdman Xəbər 20 Sentyabr 2026 01:37 (UTC +04:00)
“Barselona” La Liqanın 7-ci turunda “Sevilya”ya qalib gəlib, Rafinya het-trik edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya La Liqasının 7-ci turu çərçivəsində “Sevilya” və “Barselona” komandaları qarşılaşıb. “Ramon Sançes Pisxuan” stadionunda (Sevilya, İspaniya) keçirilən oyunu baş hakim Xuan Martines Munuera (Alikante) idarə edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk qolu 19-cu dəqiqədə “Sevilya”nın yarımmüdafiəçisi Yussuf Fofana vurub. Üç dəqiqə sonra kataloniyalıların hücumçusu Rafinya hesabı bərabərləşdirib. 52-ci dəqiqədə Rafinya qarşılaşmada ikinci qolunu vurub. 69-cu dəqiqədə isə Rafinya het-trik edərək oyunda yekun hesabı müəyyənləşdirib – 3:1.

İspaniya çempionatında yeddi oyundan sonra “Barselona” 21 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. “Sevilya”nın 13 xalı var və komanda 5-ci pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti