Qara Dənizdə 3 quru yük gəmisi vurulub

Dünya xəbərləri Xəbər 19 Sentyabr 2026 12:30 (UTC +04:00)
Qara Dənizdə 3 quru yük gəmisi vurulub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya qoşunları Qara dənizdə üç quru yük gəmisini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

İddia olunub ki, hədəfə alınmış həmin gəmilərdə Ukrayna Silahlı Qüvvələri (USQ) üçün yük daşınıb.

Qeyd edilib ki, gəmilərdən biri Odessa limanında olub. Digər iki gəmi isə limana doğru hərəkət edərkən dənizdə vurulub.

“Dənizdə hərəkətdə olarkən Odessa limanına USQ-nin (VSU) təminatı üçün nəzərdə tutulan yükləri çatdıran iki quru yük gəmisi vurulub”, - deyə məlumatda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti