Livanda “Hizbullah” komandiri terrorizmdə ittiham olunub

Dünya xəbərləri Xəbər 18 Sentyabr 2026 03:54 (UTC +04:00)
Livanda “Hizbullah” komandiri terrorizmdə ittiham olunub

Bakı. Trend:

Livanda “Hizbullah”ın hərbi komandiri Yasir Əlauddin qiyabi olaraq terrorizmdə ittiham olunub.

“Əl-Cədid” telekanalı bu barədə məlumat yayıb.

Məlumata görə, Əlauddinlə yanaşı, daha 11 nəfər Suriyadan gənclərin Livana qanunsuz keçirilməsi və onların “Hizbullah”ın təlim bazalarında hərbi hazırlıq keçməsinin təşkilində ittiham olunur.

Livan təhlükəsizlik qüvvələri sentyabrın 2-də şəbəkənin üzvlərindən beşini saxlayıb. İttihamların təfərrüatları ilə bağlı araşdırma davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti